Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, onun katibliyindən heç kim İsrailin İrana hücuma hazırlığı iləbağlı Amerika kəşfiyyatının sızması ilə bağlı araşdırmada iştirak etmir.
Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.
Ostin hər hansı Pentaqon rəsmisinin əlavə araşdırmaya məruz qalacağına dair heç bir dəlil görmədiyini bildirib.
Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoruCon Kirbi bildirib ki,ABŞ prezidenti Co Bayden İsrailin İrana hücuma hazırlığı ilə bağlı Amerika kəşfiyyatının məxfi məlumatlarının sızmasından narahatdır.
Oktyabrın 20-də Amerikanın CNN telekanalı ABŞ-ın15 və 16 oktyabr tarixli sənədlərin sızması ilə bağlı araşdırma apardığını bildirib.
Mehriban Mirzəzadə Demokrat.az


