Sosial

Bakı metrosunda tüstülənmə: Giriş müvəqqəti bağlandı — VİDEO/FOTO

Bakı metrosunda tüstülənmə: Giriş müvəqqəti bağlandı — VİDEO/FOTO

“Nizami” – “28 May” tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib”.

Demokrat.az bildirir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, Bakı metropoliteni normativ tələblərinə uyğun olaraq dərhal yüksək gərginlik çıxarılıb, FHN-in aidiyyəti quruma məlumat verilib:

“Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.

Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub”.

***10:33

Bakı metropolitenində problem yaranıb.

Demokrat.az oxu.az-a istinadən bildirir ki, 10 dəqiqədən çoxdur ki, qatarların hərəkəti dayanıb.

Eyni zamanda, metronun “Nizami” stansiyasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Problemin səbəbi hələlik məlum deyil.

  • Bakı metrosunda tüstülənmə: Giriş müvəqqəti bağlandı — VİDEO/FOTO
NE
Nihadə Eyyubova