Siyasət

Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başladı — Daşkənddə (FOTOLAR)

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu öz işinə başlayıb.

Demokrat.azxəbər verir ki, forumda iştirak üçün Azərbaycandan Özbəkistana səfərə gedən layihə rəhbəri, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoruAqil Ələsgər,Azərbaycan Milli Məclisinin deputatıNaqif Həmzəyev, Azərbaycan Gənclər Fondunun nümayəndələriEmil YusifovvəZaur Osmanov, “Vətəninfo” saytının baş redaktoruNahid Canbaxışlı, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələriNahib BədəlovvəFamil Məmmədovöncə ulu öndərHeydər ƏliyevinDaşkənddəki abidəsini ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiriHüseyn Quliyevilə görüşüb. Səmimi şəraitdə keçən söhbətdəH.Quliyevforumun Azərbaycan və Özbəkistan üçün mühüm əhəmiyyətinə diqqət çəkib və forum iştirakçılarına uğurlar arzulayıb.

Sonra isə nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edib, orada Azərbaycanla bağlı mədəni fəaliyyətlərlə tanış olublar. Mərkəzin sədr əvəziNadir Əlimirzəyevqonaqları mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış edib.

Daha sonra Özbəkistan Həmkarlar İttifaqındaXuseyn Elmatovuntəşkilatçılığı ilə Özbəkistanın ictimaiyyət nümayəndələri və media rəhbərləri ilə forumun nümayəndə heyəti arasında geniş görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı media əlaqələri, ekoloji problemlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, forum işini Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində davam etdirəcək.

NE
Nihadə Eyyubova