Bakıda ferma yanıb.
Demokrat.az xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayonunda ferma ərazisində ümumi sahəsi 2000 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 2000 m² sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


