Gələn il 39 şəhər və rayon büdcədən dotasiya almayacaq

İQTİSADİYYAT 18 okt 2019, 18:37

2020-ci ildə Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. 

 

Sənədlərə əsasən, söhbət Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabadi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarından gedir. 

 

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8% çoxdur. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top