Bu festival Bakıda hər il baş tutacaq — AÇIQLAMA

MƏDƏNİYYƏT 28 oktyabr 2025, 16:25
"Bakı şəhərini dünyada tanıtma missiyasını nəzərə alaraq, festivalın hər il keçirilməsi planlaşdırılır. Bu cür festivallar yüksəksəviyyəli festival hesab olunur və özündə çox böyük turist potensialı ehtiva edir".

Demokrat.az
xəbər verir ki, bunu Bakı Beynəlxalq İncəsənət Festivalı ilə bağlı mətbuat konfransında PR menecer Rəşad Əliyev deyib. 

Onun sözlərinə görə, 31 oktyabr - 16 noyabr tarixləri arası həftə sonları zəngin proqramlar təqdim olunacaq. 

Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.  

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 16:42
Top