Mədəniyyət

"Səsimi birdəfəlik itirə bilərdim"

Səsimi birdəfəlik itirə bilərdim

"Bir ildən çoxdur ki, səs tellərimin üzərində yaxşı həkimlərlə işləyirəm. Hətta xaricdən yəhudi bir həkim də dəvət etdik".

Axşam.az xəbər verir ki, bu sözləriXalq artisti Könül Xasıyeva "7 Tamam" verilişində deyib. Sənətçisəsini itirmək riski ilə üz-üzə qaldıını bildirib:

"Zobla əlaqəli bir problem var idi. Elə bir hissədədir ki, səs telinin yaxınlığındadır. Onu nə götürmək olmur, nə də saxlamaq. Yanlış həkimin əlinə düşsəydim, zobu əməliyyatla götürsəydi, səsimibirdəfəlik itirə bilərdim. Səs bütün xanəndələrin hər şeyidir".

NE
Nihadə Eyyubova