Şou-biznes

"Tezdən oyanıb ərimi işə yola salıram"

Tezdən oyanıb ərimi işə yola salıram

"Tezdən oyanıram, uşaqları məktəbə, həyat yoldaşımı işə yola salıram. Ailəm üçün sənətdə heç nəyi fəda, qurban verməmişəm. Sadəcə öz seçimlərim var: həyat tərzi, geyimim və səhnələrimdə".

Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində deyib. Sənətçi ailə qurduqdan sonra sənətində dəyişiklik etməsi haqda deyilənlərə son qoyub:

"Özüməyaraşdırdığım bir yol var. Bunlar öz seçimimdir.Həm yaş, həm də status öz sözünü deyir. Ana olandan sonra qənaətə gəldim ki, dəyişim: Bunu mənə heç kim deməyib. İlk dəstəkcim həyat yoldaşımdır. Bacım, qardaşım, baldızım, qaynım mənə dəstəkdir, uğurlarıma sevinirlər".

NE
Nihadə Eyyubova