Maraqlı

Kök pəhrizi ilə arıqlayın

Kök pəhrizi ilə arıqlayın

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən bir tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdır.

Axşam.az xəbər verir ki, kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. arıqlamaq mümkündür.

Yeməklər zeytun yağında, az miqdarda bişməlidir.

Hər gün səhər 1 stəkan süd, 1 dilim çörək, 1 stəkan kök şirəsi

I gün Günorta:Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli Axşam:Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

II gün Günorta:Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti Axşam:Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

III gün Günorta:Köklə bişmiş düyü, salat, 1 ədəd alma Axşam:150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

IV gün Günorta:Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı Axşam:Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

V gün Günorta:Pomidorlu düyü, salat, 1 dilim ananas Axşam:Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat

VI gün Günorta:Kök şorbası, 100 qr. ağ pendir və tərəvəz xörəyi Axşam:Göyərtili - pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı

VII gün Günorta:Sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı Axşam:Kök qovurması, 1 dilim tost çörək, 1 kasa salat

NE
Nihadə Eyyubova