Şou-biznes

İradə Türkiyədəki qiymət artımından şikayətləndi

İradə Türkiyədəki qiymət artımından şikayətləndi

Müğənni İradə İbrahimova Türkiyədəki bahalıqdan şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi internet və mobil operatorların qiymətinin çox artdığını bildirib:

"Qiymətlər uçur, internet paketləri sürətlə bitir. Hamısının ortaq nöqtəsi qalxan qiymətlər və azalan xidmətdir. Niyə bu qədər sürətlə internet tükənir? Çünki cibimizə göz dikiblər. Qiymət artımlarına dur demək lazımdır. Normal qiymət və yüksək xidmət istəyirik".

NE
Nihadə Eyyubova