Bakının Yasamal rayonunda 1987-ci il təvəllüdlü Həmid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Faziləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 8-də baş verib.
Həmid həmin gün, səhər saat 05:00-da yaşadığı ünvanda arvadı Fazilə qısqanclıq ilə bağlı ona iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən onun sifət və bədəninin müxtəlif nahiyələrinə hər iki əlləri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Həmidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Fazilə ilə 2013-cü ildə ailə həyatı qurub və birgə nikahlarından 2018-ci ildə bir oğlan övladları dünyaya gəlib:
“Hər bir ailədə olduğu kimi bizimdə ailəmizdə müəyyən söz-söhbətlər olub. Son vaxtlar işlədiyim işlə əlaqədar olaraq evə gecə saatlarında gəlməyim, həmçinin sosial şəbəkələrdən canlı yayımdan istifadə etməyim ilə əlaqədar olaraq arvadım buna qısqanıb, söz-söhbətlər yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 8-də işdə olan zaman yenə də canlı yayım açışbvə ondan xəbərsiz Fazilə bu canlı yayımı izləyib:
“Saat 05:00-da evə gəldim. Mən Faziləyə nə səbəbə sosial şəbəkəyə girərək məni izlədiyini soruşdum. Fazilə mənimlə kobud danışaraq mübahisə etməyə başladı. Həmin vaxt Fazilə yataqda uzanmışdı. Fazilənin mənə qarşı söylədiyi sözlərdən əsəbləşdim. Əlim ilə onun sağ göz nahiyəsinə vurdum.
Daha sonra Fazilənin sakitləşmədiyini gördüm, onun qolundan da tutaraq möhkəm sıxdım. Fazilə qışqıraraq anamı çağırdı. Anam gələrək məni otaqdan çıxardı. Mən digər otağa keçirdim. Hazırda etdiyim hərəkətə görə peşmanam. Bizim aramızda olan mübahisə və dava-dalaş yaşadığımız evdəyataq otağında baş verib. Həmin vaxt evdə azyaşlı övladım və anam olub”. Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti olmadığını nəzərə alıb. Bu səbəbdən Həmidin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli Demokrat.az


