Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi"Xəzər axşamı" verilişində danışıb. O, biray əvvəl baş verən hadisə zamanıbahalı telefon və nömrəsinin oğurlandığını bildirib:
"Bağda olanda dənizə getmişdim. Çimərlikdətelefonu maşına qoydum.Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu.Qayıdanda gördüm ki, nə saat var, nə dətelefon.
Nömrəsiz qalmışam.Mahnılarım da içində olub. Bununla bağlı polisə də müraciət etmişəm".


