Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın şimalındakı "Fırat Kalkanı" bölgəsində PKK/YPG terror təşkilatının iki, İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyat bölgəsində isə PKK terror təşkilatının bir üzvü öldürülüb.
Nazirliyin açıqlamasında, terrora qarşı mübarizə qətiyyətlə davam etdirildiyi qeyd edilib.
Mehriban Mirzəzadə Demokrat.az


