Hadisə

Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var

Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var

Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

Hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

NE
Nihadə Eyyubova