Dünya

"Vaqner"çi Rusiyada şəhər parlamentinə sədr təyin edilib

Vaqnerçi Rusiyada şəhər parlamentinə sədr təyin edilib

"Vaqner" özəl hərbi şirkətinin keçmiş döyüşçüsü Mixail Ostryanski Perm vilayətindəki Krasnovişerski şəhər dairəsinin dumasına rəhbərlik edir.

Demokrat.azBAKU.WS-ə istinadən xəbər verir ki, "Vaqner"çinin parlament rəhbəri təyin edilməsi barədə Mülki Müdafiə rəisi Yevgeni Vereşşaqin bildirib.

Dumanın deputatı və spikeri seçilən Ostryanski əvvəllər Krasnovişerski rayonunun mənzil-kommunal təsərrüfatına rəhbərlik edib.

Qeyd edək ki, M.Ostryanski 2022-ci ildə "Vaqner"lə müqavilə imzalayıb və müddəti üç ay olub.

NE
Nihadə Eyyubova