Sosial Özəl

Payız niyə xəstəliklər mövsümü sayılır? — AÇIQLAMA

Payız niyə xəstəliklər mövsümü sayılır? — AÇIQLAMA

Hazırda biz çox qarışıq bir vəziyyətdə yaşayırıq. Ona görə ki, biz koronavirus pandemiyasından çıxsaq da, epidemiyalar, yoluxmalar hələ də davam edir. Hətta, indiyə qədər də xəstələnənlər və onlar arasında ölənlər də var. Bu rəsmi statistikada da var.

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybullah deyib. O bildirib ki, soyuqdəymə xəstəlikləri ilboyu müşahidə edilir:

Payız niyə xəstəliklər mövsümü sayılır? — AÇIQLAMA

“Hazırda payız ayıdır. Bu vaxt havalar qeyri-sabit keçir. Bəzən hava səhərlər soyuq, günortalar isə isti olur və belə olduqda insanlar düzgün geyim forması seçə bilmirlər. Nəticədə soyuqdəymə baş verir. Bu zaman yuxarı tənəffüs yollarında müxtəlif viruslar fəallaşır və qripə bənzər vəziyyət yaranır. Qripin 2 mindən çox ştammı var. Hər il bir ştammla peyda olur. Yəni, hazırda qarışıq bir situasiyadayıq. Düşünürəm ki, insanlar koronavirus pandemiyasından xeyli dərs götürməli idilər. Yoxulmaların qarşısını almaq, özlərini qorumaq üçün bunlara diqqət etməliydilər. İnsanlar görünür ki, bundan dərs götürməyiblər. Ona görə də, bu proseslər indiyə qədər də bu cür davam edir. Heç olmasa qripə və digər xəstəliklərə yoluxmuş insandan uzaq dayanmaq, yoluxan şəxs həmin gün işə getməsin, yataq rejimində olsun ki, tez bir zamanda sağala bilsin. Amma bunlara riayət etmədikcə, bu cür yoluxmalar da davam edir”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova