Gündəm

MSK sədri: “Səsverməya dair müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib”

MSK sədri: “Səsverməya dair müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib”

“Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. Səsverməyə qədər və sonradan Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib”.

Demokrat.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 21-də keçirilən iclasında söyləyib.

O bildirib ki, veb-kameraların olması seçkilərin şəffaflığı baxımından vacib əhəmiyyətə malikdir.

Məzahir Pənahovun sözlərinə görə, namizədlərin seçiciləri ilə görüşməsi üçün 5 mindən artıq ünvan ayrılmışdı.

NE
Nihadə Eyyubova