Hadisə

Bərdədə arı sancması ölümə səbəb olub

Bərdədə arı sancması ölümə səbəb olub

Bərdədə arı sancması nəticəsində bir nəfər dünyasını dəyişib.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Rüfət Çıraq oğlu Tağıyevi arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

NE
Nihadə Eyyubova