Gündəm

Azərbaycanda daha çox oğlan uşaqları ölür — STATİSTİKA

Azərbaycanda daha çox oğlan uşaqları ölür — STATİSTİKA

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayında kəskin artım müşahidə olunur. 2022-ci ildə 959 körpə ölümü baş veribsə, bu rəqəm 2023-cü ildə 2039 nəfərə çatıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, körpələr arasında ölüm ən çox oğlanlarda rast gəlinir.

Belə ki, 2023-cü ildə 1 yaşa qədər ölən körpələrin 1146 nəfəri oğlan, 893 nəfər isə qız olub.

Qeyd edək ki, 2022-ci ildə bu rəqəm nisbətən aşağı olub. Ümumilikdə 959 körpə ölümündən 521 nəfəri oğlan, 438 nəfəri isə qız olub.

NE
Nihadə Eyyubova