Hadisə

Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.(APA)

NE
Nihadə Eyyubova