Hadisə

Övladlığı tələbə adını qazanan kişi təhsil haqqını ödəmək üçün çalışarkən faciəli şəkildə öldü

Övladlığı tələbə adını qazanan kişi təhsil haqqını ödəmək üçün çalışarkən faciəli şəkildə öldü

Lerikdə baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

Belə ki, Lerik rayon Kaqo kənd sakini 1973-cü il təvəllüdlü Səid Mikayılov (ad-soyad şərtidir) sübhdən odun yığmaq üçün meşəyə gedib.

Mərhumun qardaşının sözlərinə görə, o, topladığı qurumuş oduncaq sataraq tələbə adını qazanan övladlığının təhsil haqqını ödəyəcəkdi:

"Hadisə səhər saat 4-5 radələrində baş verib. Çürümüş ağac üzərinə aşıb. Evə gec gəldiyi üçün narahat olub, axtarmağa başladıq. Meşə ərazisində meyitini tapdıq. Sakit kişi idi, övladlığa uşaq götürüb saxlayırdı".

Ətraflı APA TV-nin süjetində:

NE
Nihadə Eyyubova