Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnıları səslənəcək

Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnıları səslənəcək

Sentyabrın 29-u saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Demokrat.azxəbər verir ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov "Oxu tar", "Bahar olsun", "Alagöz ", "Qurban adına", "Hardasan", "İntizar", "Gəlmədin", "Şeir deyilmi", "Bilmədin", "Səhər nəğməsi", "Sənindir", "Getmə-getmə", "Azərbaycan" mahnılarını ifa edəcəklər.

Biletləri filarmoniyanın kassasından vəiticket.azsaytından əldə etmək mümkündür.

NE
Nihadə Eyyubova