Xəbər verdiyimiz kimi, bu gün keçirilən parlament seçkiləri ilə bağlı ekzit-poll nəticələri açıqlanıb. Seçkilərin ehtimal olunan nəticələri arasında sürpriz isimlərdən biri xalq yazıçısı Elçinin qızı Günay Əfəndiyevadır.
Ekzit-poll nəticələrinə əsasən, Günay Əfəndiyeva 14 saylı Xəzər-Pirallahı seçki dairəsində 52,8% səslə liderlik edir. Bu nəticə onun parlamentə seçilmə şansını xeyli artırır.


