Xəbər verdiyimiz kimi, ötən gün Parisdə baş tutan Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib.
Belə ki, canlı yayımlanan açılış mərasimi zamanı şərhçilər Azərbaycanı ümumiyyətlə, tanıtmayıblar.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu kimi məsələlərdə şikayət mexanizmini işə salmaq lazımdır:
“Əsas da Beynəlxalq Olimpiya Kommutəsinə müraciət olunmalıdır. Həmin dövlətin ölkəmizdən üzr istəməsi təmin olunmalıdır. Bunun başqa yolu yoxdur. Bu qərəzli və məqsədyönlü şəkildə həyata keçirilən bir addımdır. Bu bizim əlimizdə Fransanın mahiyyətini ifşa edəcək bir fürsətdir. Bunu dəyərləndirməli və hər platformada da dilə gətirməliyik. Fransa konkret olaraq idmanı siyasətə alət edir. Belə məsələlərdən doğru istifafə etmək bizim xeyrimizə olar”.
Mehriban Mirzəzadə Demokrat.az


