Türkiyənin İstanbul şəhərinin Küçükçekmece vilayətində metrobus qəzası baş verib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, Beylikdüzü istiqamətində hərəkət edən qatar Sefaköydə idarəetmədən çıxaraq qarşı tərəfdən gələn qatara çırpılıb, daha sonra sürüşərək baryerlərə çırpılıb.
Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım və polis gəlib. Xilasedici qrupları qatarın altında qalan 2 nəfəri xilas edib.
İlkin məlumata görə, qəza nəticəsində 3-ü ağır olmaqla 12 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəza ilə bağlı bağlı araşdırma aparılır.
Jalə Demokrat.az

