Sosial

Bütün sosial ödənişlər yekunlaşdı

Bütün sosial ödənişlər yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Bu barədə Demokrat.az-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl – avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

D
demokrat.az