Siyasət Özəl

Türkiyədən Azərbaycana qatarla səfər etmək mümkün olacaq — AÇIQLAMA

Türkiyədən Azərbaycana qatarla səfər etmək mümkün olacaq — AÇIQLAMA

Türkiyə, İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarı fəaliyyət göstərə bilər. Türkiyə mətbuatında yayılan xəbərə görə Türkiyə Dövlət Dəmir Yolları bu layihəni həyata keçirəcək. Belə ki Türkiyədən bu ölkələrə dəmir yolu ilə səfərlər təşkil olunacaq. Turist qatarları bütün il boyu işləyəcək.

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, bu ölkələr arasında daha çox yüklərin daşınması üçün dəmir yolu fəaliyyət göstərir:

Türkiyədən Azərbaycana qatarla səfər etmək mümkün olacaq — AÇIQLAMA

“Amma mövcud dəmir yollarından gələcəkdə turistlərin daşınması üçün də istifadə edilə bilər. Müasir qatarlarla bu yolu daha sürətli və konfortlu hala gətirmək mümkündür. Dəmir yolu ilə səfərlər daha münasibdir, çünki təyyarə biletləri ilə müqayisədə qatar biletləri daha ucuz olacaq. Qarşılıqlı səfərlərin sayı artacaq. Bu 3 ölkə arasında gediş-gəlişdə viza tələbi yoxdur, şəxsiyyət vəsiqəsi ilə Azərbaycandan Türkiyəyə getmək olur, Gürcüstana səfər edən Azərbaycan və Türkiyə vətəndaşları da kifayət qədərdir”.

Ekspert turist axının aktivləşəcəyini hesab edir:

“Qrup şəklində turlarda canlanma ola bilər, ticarət əlaqələri daha da inkişaf edər. Düşündürücü bir məqam da odur ki, 80 milyonluq Türkiyə əhalisi arasında Azərbaycana səfər edənlərin sayı ola biləcək potensialdan azdır. Türkiyəlilər hələ Azərbaycanı yetərincə kəşf etməyiblər, çünki Türkiyədən gələnlərin çoxdu bura iş məqsədilə, ticarət məqsədilə gəlirlər və qısa müddət ölkədə olurlar. Turistik məqsədlə Azərbaycana gələn Türkiyə vətəndaşları azdır, onların çoxdu Gürcüstana üz tutur. Dəmir yolu ilə səfərlərin həyata keçirilməsi qardaş ölkədən turist axınını artıra bilər. Azərbaycan vətəndaşları isə uzun illərdir ki, ən çox Türkiyəyə səyahət edirlər istirahət etmək üçün, dəmir yolu nəqliyyatı ilə səfərlər daha münasib başa gələcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova