Siyasət

Etibar Məmmədov siyasətə qayıdır?

Etibar Məmmədov siyasətə qayıdır?

“AMİP oktyabrın 13-də “Ambassador” otelində geniş müşavirə keçirəcək. Həmin toplantıda Etibar Məmmədov siyasətə qayıdışını rəsmən bəyan edəcək”.

Demokrat.azAzpost.info-ya istinadən bildirir ki, bu məlumatı tanınmış siyasi icmalçı Azər Rəşidoğlu açıqlayıb.

Onun sözlərinə görə, geniş müşavirəyə çoxlu sayda qonaqlar dəvət edilib. “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı İcra Hakimiyyəti Etibar Hüsənliyə 13 oktyabrda Ambassador oteldə geniş müşavirə keçirməyə razılıq verib. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Etibar Hüsənli toplantıda siyasətə qayıtdığını elan edəcək!”-deyə A. Rəşidoğlu bildirib.

Demokrat.az

D
demokrat.az