Hadisə

Siyəzəndə çətənə kolları aşkarlandı

Siyəzəndə çətənə kolları aşkarlandı

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Samir Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

D
demokrat.az