Hindistan və Banqladeşdə təsirli musson yağışlarının yaratdığı daşqınlarda ilkin hesablamalara görə 15 nəfər həyatını itirib, minlərlə insan zərər çəkib.
Demokrat.az xəbər verir ki, bu barədə Press Trust of India (PTI) agentliyinin məlumat yayıb.
Məlumata görə, əyalət səlahiyyətliləri təbii fəlakətlərdən zərər çəkmiş və güclü yağışlar nəticəsində evlərinə ziyan dəymiş təxminən 65 400 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.
Qeyd edək ki, səlahiyyətlilər, musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayının 22-yə yüksəldiyini, səylər nəticəsində 334 mülki vətəndaşın xilas edildiyini açıqlayıb.
Mehriban Mirzəzadə Demokrat.az


