Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları sabahdan ucuzlaşacaq.
Demokrat.azxəbər verir ki, bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib.
O, BTE-nin yeni tədris ilinə tam hazır olduğunu söyləyib:
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manata salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə şöbə müdiri qeyd edib.


