Xarici siyasət

Bu səfir Azərbaycanı tərk edir

Bu səfir Azərbaycanı tərk edir

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin səlahiyyət müddəti başa çatır.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin saytı məlumat yayıb.

Səfirin səlahiyyət müddəti 2025-ci il yanvarın 1-də bitəcək. Zurab Pataradzenin başqa ölkəyə səfir təyin edilib-edilməyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Zurab Pataradze 2018-ci ildə Azərbaycana səfir təyin edilib. Diplomat 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib. Həmçinin o, Türkiyə və Qazaxıstanda səfir olub.

NE
Nihadə Eyyubova