Dünya Özəl

İsrail Ordusu Livanı atəşə tutdu: Xeyli sayda yaralı var

İsrail Ordusu Livanı atəşə tutdu: Xeyli sayda yaralı var

İsrail Ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralanaların sayı 30 nəfərə çatıb, ölənlərin sayı dəyişməyib.

Demokrat.az xəbər verir ki, bu barədə “Al Wataniya” milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var”, - məlumatda bildirilib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova