Meymunçiçəyi virusu dünyada yayılmağa davam edir. Bununla əlaqədar olaraq bəzi ölkələrdə məktəblər bağlanıb. COP29-un keçiriləcəyi tarixlərdə Azərbaycanda da məktəblilərin payız tətili uzadılacaq, universitetlər distant təhsilə keçəcək . Yeni virusa görə COP29-a qədər məktəblərin bağlanma ehtimalı varmı?
Təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Koronavirus pandemiyası zamanı gördük ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə şagirdlər tətilə buraxıldı, karantin müddəti uzadıldı. Meymunçiçəyi virusu Azərbaycanda yayılarsa və yoluxma halları çox olarsa, məktəblər bağlana və ya distant təhsilə keçilə bilər.
Təbii ki, bu, xəstəliyin səbəb olduğu vəziyyətdən asılı olacaq. Əhalinin həyat və sağlamlığı üçün risk yaranarsa, məktəblərin bağlanması, distant təhsilə başlanılması gözlənə bilər. Hələki bununla bağlı real gözləntilər yoxdur”.
Törə Zeynallı Demokrat.az


