Ölkəmizin nüfuzlu mədəniyyət və incəsənət xadimləri 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun İdarə Heyətinin (BPC) sədri Gülpəriyə Bayramovaya dəstək nümayiş etdiriblər.
Demokrat.az həmin müraciəti təqdim edir:
Ədalət Şükürov (Azərbaycan Respublikasının xalq artisti)

Gülpəri Bayramova istedadlı gənclərimizdən biridir. Çox gənc olmasına baxmayaraq, çox uğurlu layihələrə imza atıb. Azərbaycan Biznes Partnyorları Klubu (BPC) kimi iş adamlarının birləşdiyi çox faydalı bir təsisat formalaşdırıb. “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının dünya miqyasında daha da tanınması istiqamətində mühüm işlər görüb. “Agromix” brendini yaradıb. Şübhə etmirəm ki, uğurlu millət vəkili olacaq. Yasamal seçicilərini Gülpəri Bayramovaya səs verməyə dəvət edirəm! Bu çox uğurlu seçim olardı.
Hacı Nuran Hüseynov (Tanınmış teleaparıcı)

Gülpəri Bayramova fəal ictimaiyyətçi və iş adamıdır. Çoxlu sayda uğurlu layihələri olub. Həm də ictimai hesabatlılığı var. Gördüyü işlər barədə ictimaiyyətə vaxtaşırı məlumatlar təqdim edir. Onun növbədənkənar parlament seçkilərində fəal iştirakı da bunun bariz nümunəsidir. Gülpəri Bayramova millət vəkili kimi də fəal olacaq və seçicilərinin mənafeyini təmin edəcək. Dövlətçiliyə bağlı bir gənc olaraq onun aktiv bir deputat olacağına şübhə etmirəm. Yasamal seçicilərinə də müraciət edirəm ki, ona səs versinlər!
Zemfira Nərimanova (Azərbaycan Respublikasının xalq artisti)

Azərbaycan gəncliyi inkişaf edir və dövlət idarəçiliyinə irəli çəkilirlər. Çox qürurverici məqamdır ki, gənclərimiz ali qanunverici orqanda da təmsilçilik qazanırlar. Növbədənkənar parlament seçkilərindən kifayət qədər gənc namizədlərimiz var. Gülpəri Bayramova daim üzərində işləyən, xalqına, dövlətinə bağlı bir iş adamı, biznes klub sədridir. Bu günə qədər çox faydalı işlər görüblər. Möhtəşəm layihələrə imza atıblar. Heç şübhəsiz ki, deputat kimi də çox uğurlu olacaq. Buna şübhə etmirəm və Yasamal seçicilərini 1 sentyabr seçkilərində Gülpəri Bayramovaya səs verməyə dəvət edirəm!
Elza Seyidcahan (Azərbaycan Respublikasının əməkdar artisti)

Lətafət Ələkbərova (Tanınmış teleaparıcı)

Gülpəri Bayramova təkcə iş qadını deyil, həm də fəal ictimaiyyətçidir. Gecəsini gündüzünə qataraq işləyir. Çox çalışqandır və heç zaman doğru bildiyi yoldan yayınmır. Bu, deputat üçün, millətin vəkili üçün olduqca zəruri keyfiyyətdir. Gülpəri Bayramovanın deputat seçiləcəyinə inanıram. Daxilimdə hiss deyir ki, bu, belə də olacaq. 16 saylı dairənin bütün seçicilərini ona səs verməyə çağırıram!


