Şou-biznes

Alim Qasımov bu dəfə nəvəsi ilə oxudu — VİDEO

Alim Qasımov bu dəfə nəvəsi ilə oxudu — VİDEO

Xalq artisti Alim Qasımov nəvəsi Salehlə muğam oxuyub.

Demokrat.az xəbər verir ki, bunu əks etdirən görüntüləri xanəndə instaqram hesabında paylaşıb.

“Nəvəm Salehlə birgə. Allah sizi qorusun”, - deyə sənətkar yazıb.

Videoda Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova da yer alıb.

Qeyd edək ki, Saleh F. Qasımovanın övladıdır. Onun daha üç övladı var.

NE
Nihadə Eyyubova