Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısının Sərəncamı ilə 3 hərbçimiz ölümündən sonra orden və medallarla təltif edilib. Belə ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, mayor Baxışlı Baxış Elşən oğlu “Vətən uğrunda” medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.
Ölümündən sonra ordenlə təltif ediləngizir Rüfət ƏliyevVətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Mayor Baxış Baxışlıvəəsgər Əli Nağıyevisə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.
Fotoda gizir Rüfət Əliyev

Fotoda mayor Baxış Baxışlı

Fotoda əsgər Əli Nağıyev



