Sosial Özəl

"Havanın insan psixologiyasına heç bir təsiri yoxdur" — AÇIQLAMA

Havanın insan psixologiyasına heç bir təsiri yoxdur — AÇIQLAMA

Bir neçə gündür yenə ölkə ərazisində havalar dəyişkən keçir. Yay fəslində insanlar isti, günəşli havalardan istifadə edib gəzmək, əylənmək, səyahət etmək istəyirlər. Yağıntılı, küləkli keçən havalar planları pozduğu kimi bəzi insanların əhvalını da pozur, hava şəraitindən təsirlənən insanlar az deyil.

Psixoloq Fərqanə Mehmanqızı Demokrat.az-a açıqlamasında mövzuyla bağlı fikirlərini bölüşüb. O, havanın psixohəssas insanlara daha çox təsir etdiyini deyib:

“Bəzi insanların əhvalında dəyişiklik olur, havanı buna bəhanə gətirirlər. Və ya hansısa hava şəraitində travmaları olan insanlar daha da həssaslaşa bilərlər. Lakin əslində havanın insan psixologiyasına heç bir təsiri yoxdur. Yetkin insanlar hər cür hava şəraiti görüblər, bədənləri buna öyrəşib. İnsanlar öz işləri ilə məşğul olsalar, normal şəkildə həyatlarını yaşasalar, hava şəraiti onlara heç nədə mane olmaz”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova