Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.
Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.


