Hadisə

Gədəbəydə qadın bıçaqlanıb: Əri saxlanıldı

Gədəbəydə qadın bıçaqlanıb: Əri saxlanıldı

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

Mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının əri, 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

NE
Nihadə Eyyubova