Gündəm Özəl

“Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətinə verilə bilər”— Şuşada nəqliyyat məsələləri hansı quruma tapşırılacaq?

“Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətinə verilə bilər”— Şuşada nəqliyyat məsələləri hansı quruma tapşırılacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib. bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra agentlik (AYNA) Şuşa şəhəri istisna olmaqla avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edəcək, yenə də Şuşa şəhəri istisna olmaqla digər ərazilərdə avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy verəcək.

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində bir çox məsələlər həll olunur, infrastruktur qurulur, bərpa-quruculuq işləri aparılır, əhalinin qayıdışı üçün zəruri addımlar atılır. Bu məsələlər Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətində olan məsələlərdir. Çəkilən yolların kənarında, müvafiq yaşayış mərkəzlərinin ətrafında dayanacaqlar da qurulur layihələndirmə zamanı. Bu işlərin böyük bir qismini artıq görülmüş hesab etmək olar. Şuşa şəhərində də quruculuq işlərinin əhəmiyyətli hissəsi artıq yekunkaşlb. Nəqliyyat infrastrukturu da qurulub. Şuşada yaxın gələcəkdə daha müasir və konfortlu nəqliyyat infarstrukturu yaradıla bilər. Düşünürəm ki, Şuşa kiçik şəhər olduğu üçün bu məsələlər də Prezidentin xüsusi nümayəndəsinin səlahiyyətinə verilə bilər. Artıq bir və ya bir neçə qurumların nəzarətinə ehtiyac qalmır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova