Türkiyənin Sakarya şəhərində mebel emalatxanası yanıb.
Demokrat.az xəbər verir ki, bu barədə NTV-əməlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Akyazı səmtində olub.
Bildirilir ki, güclü yanğın nəticəsində ətrafı qatı tüstü bürüyüb, bəzi şəxslərdə zəhərlənmə əlamətləri müşahidə olunub. Onlara ilkin tibbi yardım göstərilib.
Emalatxana yararsız vəziyyətə düşüb.
Hazırda yanğının baş vermə səbəbi araşdırılır.
Mehriban Mirzəzadə Demokrat.az


