İdman

Millimiz səfərdə qələbə qazandı

Millimiz səfərdə qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.

Demokrat.az xəbər verir ki, yığmamız Bəhreyndə yerli komanda ilə qarşılaşıb.

Millimizin 3:2 hesablı qələbəsi ilə başa çatan oyunda qollarımızı rəqib qapısındanRüfət Dadaşov, Təmkin Xəlilzadə və Ramil Şeydayev keçirib.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

D
demokrat.az