Sosial

Bakının tıxaclı yolları

Bakının tıxaclı yolları

Bakıda tıxac olan yolların adları açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

15. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

16. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

NE
Nihadə Eyyubova