Rəqqasə Rəna Ağamuradova (Renka) "Uber"dən sifariş verdiyi taksidə yaşadığı çətin anları sosial media hesabında yayımlayıb.
Demokrat.az xəbər verir ki, rəqqasənin paylaşdığı videoda sürücünün taksidə sərnişin olmasına məhəl qoymayaraq qeyri-etik ifadələr işlətdiyi əks olunub.
"Bu da "Uber" taksi. Bütün yolu qışqırıq, sonra da söyüş başladı. Telefonu söndürəndən sonra üzr də istəmədi" deyə, Renka paylaşımında yazıb.


