"Xalq Bank" biznes sahibləri üçün növbəti kampaniyaya start verir.
Demokrat.azxəbər verir ki, 12 sentyabradək fərdi sahibkar və hüquqi şəxslər Xalq Banka müraciət edərək 1 illikVisa Platinum Businesskartını pulsuz, 2 və 3 illikkartı isə satış qiymətinə50% endirimlə sifariş edə bilərlər.
MüştərilərVisaPlatinum Business kartını əldə edərək işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edirlər. Kart öz sahibinə səfər zamanı səyahət sığortası, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləriVisaPlatinum Business kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart müxtəlif valyutalarda və 1/2/3 il müddətinə təqdim edilir.
Kart sifarişini Bankın filiallarında, yaxud XalqOnline tətbiqində həyata keçirmək mümkündür.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,https://www.xalqbank.az/rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


