Kriminal Özəl

“Mənə narkotik təklif etdi, etiraz etdikdə isə...” — Narkotik alverçisinin qətlinin təfərrüatı

“Mənə narkotik təklif etdi, etiraz etdikdə isə...” — Narkotik alverçisinin qətlinin təfərrüatı

Gəncə şəhərində 2001-ci il təvəllüdlü Emil Quliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1991-ci il təvəllüdlü Abbas Əliyevi öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emil 24 mart 2022-ci ildə, saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində yerləşən “Avro” çay evinin yaxınlığında olan ödəmə terminalının qarşısında əvvəllər tanıdığı Abbasla təsədüfən qarşılaşıb.

Onlar birlikdə çay evinə daxil olduqdan sonra Abbasın Emildən siqaret almaq üçün pul istəyib, əvəzində narkotik vasitə təklif etməsini özünə qarşı təhqir hesab edib.

Bundan qəzəblənən Emil Abbas Əliyevi öldürmək qərarına gəlib. O, Abbas Əliyev ilə mübahisə edib, məsələni aydınlaşdırmaq üçün onu çay evindən kənara çıxarıb. Emil çay evinin yaxınlığında kənar şəxslərin olmadığı yerdə ona yumruq zərbəsi vurub. Sonra isə deşici-kəsici xassəli bıçaqla ona zərbə endirib. Abbas aldığı zərbələrdən vəfat edib.

Hadisəni törədən Emilin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə çayxanada baş verib: “Hadisənin baş verməsinə səbəb çayxanada olan zaman Abbasın özündə olan narkotik vasitə dərman həblərinin mənə təklif etməsi səbəbindən aramızda yaranmış mübahisə olub. Mən Abbasın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişəm. Buna etiraz etdikdə isə həmişə Abbas məni təhqir edərək eyni sözləri təkrar etməklə mənimlə mübahisə edib. Hadisə günü Abbasın mənə narkotik vasitə təklif etməsindən qəzəbləndim. Aramızda olan mübahisəni həll etəmək üçün Abbasa çölə çıxmasını və mübahisəni çöldə həll etməsini dedim. Abbas öndə, mən isə Abbasın arxasınca çölə çıxdıq. İki tikilinin arasında qaranlıq olan keçidə gedərək mübahisəni orada davam etdirdik. Abbas məni nalayiq söyüşlərlə təhqir etdiyindən aramızda olan mübahisə davaya çevrildi. Mən Abbasın üz nahiyəsindən bir dəfə yumruqla vurdum. Abbas da məni başımdan yumruq vurdu. Abbas mənə yumruq vurduqdan sonra çayxananın yan tərəfində olan tikililərin arasından keçidə gedən zaman üzərimdə olan bıçağı çıxardım. Bıçağı ona tərəf tutaraq hədələdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qarşılıqlı dalaşma zamanı Abbasın əlindən bıçağı alıb, özünü müdafiə və Abbasın müqavimətini qırmaq məqsədi ilə onun qoluna xəsarət yetirmək məqsədi ilə bir dəfə bıçaq zərbəsi vurmaq istəsə də, zərbə Abbasın sol çiyin nahiyyəsinə dəyib: “Abbası vurduqdan sonra onun əlindən narkotik vasitə olan dərman həblərini aldım. Həmin dərman həblərindən istifadə etmədiyimdən və hadisə vaxtı şok vəziyyətində olduğumdan dərmanları xatırlamadığım yerə atdım. Hadisə baş verən zaman Abbas və mən ayaq üstə olmuşam, Mirzəli isə bizi ayırmağa çalışıb. Bıçaq zərbəsini vurduqdan sonra Abbas Ş.İ.Xətai prospekti istiqamətində yola tərəf çıxdı. Mən və Mirzəli isə əks tərəfə binaların arasına tərəf keçdik. Binaların arasında olan zaman Mirzəli məndən ayrılaraq Abbasın yanına getdi. Mən isə binaların arasından keçərək Abbas Səhhət xəstəxanasının qarşısına tərəf getdim. Xəstəxananın yanında “Oba” marketin qarşısında xatırlamadığım taksiyə Mirzəli əyləşdi, taksi sürücüsünə nəsə dedi. Həmin vaxt mən uzaqda Ş.İ.Xətai prospektinin əksi istiqamətində getdim. Mirzəli Abbası orada əyləşdirdəkdən sonra mənə tərəf gəldi. Birlikdə yaşayış evi istiqamətində Gəncə şəhər Dəyirman dairəsinin yaxınlığına gedərək orada ayrıldılar. Mənim Abbası öldürmək niyyətim olmayıb. Abbas başımdan yumruqla vurduğundan əsəbələşdim. Abbasa bir bıçaq zərəbəi vurmuşam. Abbası öldürmək istəsəydim, ona daha çox bıçaq zərəbələr vurardım, onu öldürərdim”.

İş üzrə zərərçəkmiş Abbasın hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, Abbas onun əri olub: “Abbas Əliyevin anası Sürayə Əliyeva, atası isə Əziz Əliyev olub, başqa qardaş və ya bacısı olmayıb. Abbas övladlığa götürülüb. Əziz və Sürayənin övladları olmadığından Abbası körpə vaxtından götürərək saxlayıblar. Biz eyni məhəllədə yaşamışıq. Sürayə ilə eyni məktəbdə təhsil almışam. Rəsmi olaraq 2011-ci ildə Abbasla evlənmişəm. Həmin evlilikdən dörd övladımız olub. Abbas əvvəllər namaz qılan, dindar, xoş təbiətli insan olub”.

Hüquqi varis qeyd edib ki, daha sonralar təxminən 2019-2020-ci il tarixlərdən başlayaraq narkotik vasitələrin istifadəsinə başlayıb: “Narkotik vasitlərədən istifadə etdikdən sonra ətrafdakılara qarşı münasibəti tamam dəyişdi. Evdə olan bütün əşyaları sataraq mənə məlum olmayan mənbədən narkotik almaqla istifadəsiylə məşğul oldu. Abbas həmin vaxtlarda evdə tez-tez mənimlə, övladları ilə dava-dalaş edib. Bu səbəbdən 22 aprel 2022-ci ildən etibarən Abbas ilə tamamilə əlaqələrimi kəsərək övladlarım ilə birlikdə atam Camal Qafarovun evinə getdım. Həmin ilin dekabrın 3-dək atama məxsus evdə yaşamışıq. Dekabrın 3-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə övladlarım ilə birlikdə yerləşdim. Övladlarım ilə birlikdə orada yaşadıq”.

Mərhumun həyat yoldaşının sözlərinə görə, Abbas Əliyev yaşadığı Gəncə şəhəri, V.Xuluflu küçəsi, 1-ci döngə, 79A nömrəli evi yandırıb: “Evi yandırmaqda məqsədi həmin ev sığortalı olduğundan dövlət tərəfindən veriləcək sığorta pulunu götürmək olub. Evi yandırdıqdan sonra heç bir pul əldə edə bilmədi. Tüfeyli həyat tərzi sürməklə həmin yanmış evin hamam otağından betonun üzərində kardon yerləşdirməklə yatıb. Abbasın telefonu olmayıb. Əlində olan bütün əşyaları satmaqla narkotik vasitə əldə edərək istifadə edin. Abbasın anası Sürəyya 2017-ci ildə, atası Əziz isə 2019-cu ildə ölüblər. mən 24 mart 2022-ci ildə Abbasın Emil adlı şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü bilmişəm”. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emilin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova