Türkiyənin Muğla vilayətinin Milas rayonunda yanğınsöndürən maşın və xidməti mikroavtobus toqquşub.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım maşınları, xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Faktla bağlı araşdırma aparılır.


