Hadisə

Sədərək yolunda QƏZA: Başı telefona qarışan sürücü maşını aşırdı — VİDEO

Sədərək yolunda QƏZA: Başı telefona qarışan sürücü maşını aşırdı — VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Sədərək yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota RAV4" markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.

Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi olub. Hadisə zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qəzalı maşın evakuatorla ərazidən kənarlaşdırılıb.

Həmin görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova