İqtisadiyyat Özəl

“İstehlakçıları aldadırlar...” — Qanuna niyə əməl olunmur?

“İstehlakçıları aldadırlar...” — Qanuna niyə əməl olunmur?

İnteret resurslarının, sosial şəbəkə platformalarının inkişaf etməsi elektron ticarətə də təsir göstərib. Günümüzdə onlayn satış səhifələri çoxalıb, onlayn alış-verişə üstünlük verənlər də həmçinin. İnsanlar onlayn alış-verişlə vaxta qənaət etmiş olurlar. Həm də onlayn şəkildə eyni məhsulu almaq daha münasib qiymətə başa gəlir, bu da elektron ticarətin cəlbediciliyini artırır. Lakin bir çox satış səhifələrindən məhsul alarkən onu dəyişdirmək və ya qaytarmaq mümkün olmur. Alınan məhsulu 14 gün ərzində geri qaytarmaq və dəyişdirmək isə istehlakçının qanunla müəyyənləşdirilmiş hüququdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda elektron ticarət haqqında qanun qəbul olunub:

“Qanunun tələblərinə görə onlayn ticarətdə müştərinin 14 gün ərzində malı geri qaytarmaq və ya dəyişdirmək hüququ var. Lakin bizdə onlayn ticarətlə firmalar deyil, ayrı-ayrı şəxslər məşğul olur, alır, satır, istehlakçını aldadırlar. Hər həftə bununla bağlı bizə şikayətlər gəlir. İstehlakçının tələbatını ödəməyən malın dəyişdirilməsi, qaytarılması ilə bağlı böyük problemlər yaşanır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdə qeyd edirlər ki, satıcının VÖEN-i yoxdur, ona görə də köməklik göstərə bilmərik. Bunlar ölkədə istehlakçıların hüquqlarının qorunması sahəsindəki bərbad vəziyyətin göstəricisidir. İstehlakçının onlan ticarətdə də malı dəyişdirmək, qaytarmaq hüququ var. Məsləhətim odur ki, onlayn mal alarkən satıcını araşdırsınlar, ödəniş edərkən kassa çekini saxlasınlar, satıcının ünvanını, telefon nömrəsini qeyd etsinlər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova